15 mart 2020 12:35
760

Özbəkistanda koronavirusa ilk yoluxma aşkarlandı

Özbəkistanda koronavirusa ilk yoluxma aşkarlanıb.

Trend-in məlumatına görə, virus Fransadan qayıtmış Özbəkistan vətəndaşında qeydə alınıb.

Özbəkistan Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Agentliyinfən bu barədə qeyd edilib.

Agentliyin məlumatına əsasən, virusa yoluxmuş şəxsin kontaktda olduğu şəxslər müəyyənləşdirilib və onların tibbi nəzarət altına alınması istiqamətində işlər aparılır.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yeni növ koronavirus yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun adını COVİD-19 olaraq müəyyənləşdirib. ÜST martın 11-də COVİD 19-u pandemiya elan edib.