Pakistanda geçən ay baş verən və 97 nəfərin ölümünə səbəb olan təyyarə qəzasına səbəb koronavirus göstərilib. “İki sahil” xəbər verir ki, qəza ilə bağlı aparılan araşdırmalara görə, təyyarənin iki pilotu uçuş müddətində koronavirus haqqında danışdıqları üçün vəzifələrinə köklənə bilməyiblər. PIA-nın parlamentə təqdim etdiyi ilkin araşdırma hesabatında qeyd edilib ki, eniş əsnasında koronavirusdan danışan pilotlar avtopilotu söndürüb və lazım olandan daha yüksəkdən uçduğu üçün təyyarənin motorlarına xələl gətirən eniş edilib. Bildirilir ki, təyyarə eniş zolağına 16 km qalmış 762 m yüksəklikdə olub. İdarəetmə qülləsindən pilota “eniş etmə” bildirilsə də pilot, “Mən idarə edərəm”- deyib və koronovirusdan danışmağa davam edib. Qeyd edək ki, 99 nəfərin olduğu təyyarədən 2 nəfər xilas olmuşdu.