10 yanvar 2020 19:38
985

Pakistanda məsciddə partlayış: 11 ölü

Pakistanın Kvetta şəhərindəki məsciddə baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 12 nəfər yaralanıb.

Trend-in məlumatına görə, partlayış axşam saatlarında Qusabad rayonunda olub.

Polis partlayışın səbəbini araşdırır. Hüquq-mühafizə orqanları ərazini mühasirəyə alıb və hadisə ilə əlaqədar istintaq başlayıb.