24 may 2020 13:55
2169

Pandemiya dövründə qida məhsulları satan mağazalar necə işləməlidir? - VİDEO

Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün həyata keçirilən ictimai maarifləndirmə tədbirləri çərçivəsində növbəti videoçarx hazırlanıb.

“Report” xəbər verir ki, animasiya şəklindəki videoçarx “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) və Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilib.

“Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”əsasında hazırlanmış videoçarxı diqqətinizə çatdırırıq.