01 mart 2019 11:23
6004

Parabüzənin möcüzəsi

Demək olar ki, hər gün ətrafımızda gördüyümüz parabüzənlər elə bir möcüzə daşıyırmışlar ki...

Alimlər bu həşəratın qanad quruluşunun robotların, peyk cihazlarının, mikroskopik tibbi cihazların və hətta çətirin bağlanma mexanizminin inkişafına ilham verə biləcəyi qənaətinə gəliblər.

“Proceedings of the National Academy of Sciences" (PNAS) akademik jurnalında dərc olunan məqalədə qeyd edilib ki, parabüzənin qanadlarının bədənindən daha geniş olmasına baxmayaraq, açılıb bağlandıqda bədənini mükəmməl harmoniya ilə əhatə edir. Bu həşəratların sürətlə qanadlarını açıb uçmağa başladıqlarını və qüsursuz bir qanad sistemləri olduğunu bildirən Saito parabüzənin min ildir eyni qalan qanad sisteminin çətirlərin mexanizmi üçün çox faydalı olacağını da qeyd edib. Saito və qrupu  parabüzənin qanad quruluşu haqqında daha ətraflı məlumat əldə etmək üçün həşəratın üzərində qara nöqtələr olan qabığının altındakı "elytra" adlı qanadlarını araşdırmağı planlaşdırır.

Bu səbəbdən parabüzənin qanadlarının açılmasını göstərən 0,1 saniyəlik videolar çəkilir. Yapon alimi araşdırma ilə  əlaqədar olaraq “3D printerləri ilə araşdırmaq üçün əvvəlcə süni qanadlar hazırladıq amma kifayət qədər incə və şəffaf qanad düzəltmək çox çətindir" şəklində məlumat verib. Bunun ardından qrupun katibi tərəfindən dırnaqlarda istifadə olunan fotopolimerdən istifadə olunması tövsiyə olunub. Bu tövsiyə əsasında istehsal olunan alt qanad tədqiqatçılara parabüzənin qanad quruluşunu araşdırmaq üçün yeni bir qapı açıb.

Tomoqrafiya vasitəsilə həşəratın damarlarında yığılmış enerjidən istifadə edərək, uçuşdan əvvəl qanadlarını açdığı və bir nöqtəyə qonduqdan sonra bağladığı öyrənilib.

Saito jurnal üçün qələmə aldığı məqalədə parabüzənlərin elastikliklərindən və deformasiya oluna bilmək funksiyalarından istifadə edərək hər cür formaya düşə bildiklərini də yazıb.

? Röya Rasimqızı, “İki sahil”