Son zamanlar bütün dünyanı bürümüş COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Koronavirus pandemiyasının təsir etmədiyi bir ölkə belə qalmayıb. Dünya dövlətləri onunla mübarizə aparmaqda çətinlik çəkir. İnkişaf etmiş ölkələrin demək olar hamısı artıq etiraf ediblər ki, pandemiya ilə mübarizə onların milli iqtisadiyyatlarını iflic vəziyyətinə salıb. Buna baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu qlobal təhlükə mənbəyinə qarşı preventiv, profilaktik, ardıcıl və sistemli tədbirlər həyata keçirir. Ölkə rəhbərinin yorulmaz əməyi sayəsində bu gün ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyət stabildir.
Bununla bərabər bu dövrdə işləməyən, yaşı 65-dən yuxarı, tənha və aztəminatlı ailələrin sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılması, sahibkarlara dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır. Bu gün hamı reallığı görür ki, Prezidentimiz ölkəmizin inkişafı naminə hansı işlər görür, sosial rifahın artması üçün lazımi tədbirlər həyata keçirilir. Nəticələr bir çox dövlətlərlə, xüsusilə də region ölkələri ilə müqayisədə ölkəmizdə daha yaxşıdır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə əsasən gücləndirilmiş iş rejimində çalışan Gigeyina və Epidemiologiya Mərkəzinin Pirallahı rayon şöbəsinin, Rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin mütəxəssisləri və əməkdaşları rayon ərazisində kütləvi dezinfeksiya işləri həyata keçirirlər.
Koronavirus xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə işçi qruplar yaradılmışdır. 65 yaşdan yuxarı tənha insanların evlərindən çıxmalarının qarşısının alınması məqsədilə operativ qruplar yaradılmış və qrup üzvləri hər gün onlarla əlaqə saxlayaraq, problemlərini öyrənir və qrupların işinə cəlb olunmuş könüllülər vasitəsilə onların ərzaq, dərman və digər ehtiyaclarının ödənməsində köməkliklər göstərirlər.
Respublikada karantin rejimi elan edildikdən sonra Pirallahı rayonunda da aztəminatlı və ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu, Rayon İcra Hakimiyyəti, digər qurum və fiziki şəxslər tərəfindən ərzaq bağlamaları və maddi yardımlar edilmişdir.
Hər bir vətəndaşımız Prezident İlham Əliyevin çağırışına ciddi şəkildə və əməl etməlidir , dövlətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronavirus bəlasından tezliklə xilas ola bilək. Çünki üzləşdiyimiz sınaqdan yalnız birliyimiz və həmrəyliyimizlə xilas ola bilərik.
Rauf Əliyev,
YAP Pirallahı rayon təşkilatının könüllüsü