01 iyul 2020 16:35
732

Polis hamilə qadının həyatını xilas etdi - VİDEO

Qax rayonunda yol polisi hamilə qadının həyatını xilas edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobildə olan hamilə qadının halı pisləşdiyindən Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları vaxt itirməmək üçün qadını və yaxınlarını öz xidməti avtomobillərinə əyləşdirərək onu dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada həkimlər tərəfindən qadına ilkin tibbi yardım göstərilib və onun həyatı xilas edilib.

Qadının yaxınları göstərdikləri köməkliyə görə, polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.