Ümummilli Lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımlar atılıb. Heydər Əliyev teleradionu xalqla dövlət arasında mühüm əlaqə vasitəsi, milli birliyin və ideoloji bütövlüyün qorunmasında təsirli platforma kimi qiymətləndirirdi.
“İki sahil” xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərinə ünvanladığı təbrikdə yer alıb.
“Bu gün Azərbaycan radio və televiziyası müasir texnologiyaların imkanlarından yararlanaraq öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurur, ölkəmizin uğurlarını, zəngin mədəniyyətini və milli maraqlarını geniş auditoriyaya çatdırır. Bu məsuliyyətli və şərəfli işdə çalışan hər bir əməkdaşın zəhməti xüsusi təqdirəlayiqdir.
İnanıram ki, milli radio və televiziyamız bundan sonra da obyektivliyin, peşəkarlığın və milli-mənəvi dəyərlərə sədaqətin nümunəsi olacaq, Azərbaycan cəmiyyətinin inkişafına və dövlətçiliyimizin möhkəmlənməsinə layiqli töhfələr verəcəkdir”, - deyə təbrikdə qeyd olunub.
Azərbaycan və İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib
Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - VİDEO
Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib