06 avqust 2020 10:26
1060

"Qalatasaray" Arda Turanın transferini rəsmiləşdirib

Türkiyənin "Qalatasaray" futbol klubu sabiq yarımmüdafiəçisi Arda Turanı transfer edib.

33 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan A.Turan 2004-2011-ci illərdə İstanbul təmsilçisində oynayıb. Yarımmüdafiəçi 2018-2019-cu il mövsümü və 2019-2020-ci il mövsümünün ilk yarısını icarə əsasında "Başakşəhər"də keçirib. Onun "Barselona" ilə müqaviləsi isə bu yay başa çatıb.