13 iyul 2019 11:10
158

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 15 santimetr azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 140 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla 40-110 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük norma daxilində və normadan çox olmaqla 100-130 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 95 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 46 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 50 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 45 faizinə bərabərdir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 6 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 29 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 34 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 316 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 63 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 10 santimetr azalıb və 115 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 153 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 3 santimetr azalaraq 35 santimetr təşkil edib.