25 sentyabr 2020 16:44
524

Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zirə qəsəbəsinin Xəzər dənizi sahilində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

"İki sahil" xəbər verir ki, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib :“Araşdırma zamanı brakonyerin Rusiya Federasiyasının vətəndaşı Elxan Bağırov olduğu və təbiətə 1056 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ondan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb."

B.Məhəmmədov qeyd edib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.