21 oktyabr 2020 11:22
833

"Qarabağ"ın təxirə salınan oyunu gələn ilə qaldı

Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınmış “Qarabağ” – “Səbail” oyununun vaxtı müəyyənləşib.

“İki sahil” PFL-in saytına istinadən xəbər verir ki, görüş 2021-ci il fevralın 8-də keçiriləcək.

Qeyd edək ki, qarşılaşma milli komandaların hazırlıq prosesinə görə  təxirə salınmışdı.