12 iyun 2020 13:01
5397

Qaragözlülərin övladı necə mavi gözlü ola bilər?

Genlərin mexanizmi çox sadədir. Hər ana və ata fərqli, iki genetik məlumata sahibir. Bu fərqli genetik materialların hər ikisinin müəyyən hissələri doğulacaq uşağa ötürülür. Əgər ana və atadan alınan genlər eynidirsə, yəni uşaq hər iki tərəfdən də mavi göz genini alırsa, uşağın gözlərinin rəngi mavi olacaq. Ancaq bir tərəfdən mavi göz, digərindən qara rəngli göz genini alıbsa, gözlərinin biri mavi, digəri qara ola bilməyəcəyinə görə bu genlərdən biri seçiləcək, yəni gözləri ya qara, ya da mavi olacaq.

Rəqib genlərə qarşı daim üstün gələn bu genlər dominant genlər adlandırılır. İnsanlarda tünd rəngli göz geni dominant gendir. Yuxarıda bəhs edilən uşağın gözləri qara olacaq. Mavi göz rəngi kimi mübarizəni itirən genə də resessiv gen deyilir.

 Ana və atadakı hər iki gen də dominant gendə isə nəticə eyni olacaq. Resessiv gen bu mübarizədən ancaq hər iki tərəfin geni də resessiv gen olarsa, qalib ayrıla bilər. Yəni hər iki orqanizmdə mavi göz geni varsa. Uzun boy və qısa boy genlərin də dominant olan uzun boydur. Məsələn: atada iki uzun boy geni, anada isə iki qısa boy geni varsa, hər uşaqda mütləq bir uzun və bir qısa boy geni olacaq və uzun boy dominant gen olduğundan hər uşaq uzunboylu olacaq.

 Bu uşaqlar geninə sahib biri ilə evlənsələr və uşaqları olarsa, genlərinin hər hansı birinin bu uşaqlarda olma ehtimalı 25%-dir, yəni üç uşaq uzunboylu olduğu halda, biri qısaboylu ola bilər. İnsanlarda qara göz rəngi, görmə qabiliyyəti və gursaçlılıq dominant genlər olduğu halda mavi göz, rəng korluğu və keçəllik resessiv genlərdir.

 Resessiv gen uşağın DNT spiralında qalıb onun uşaqlarına da keçə bilər. Atası mavi rəngli, anası qara rəngli gözlü uşaq qara gözlü ola bilər, amma mavi rəng göz geni resessiv olaraq genetik məlumatında qalar. Özü ilə eyni genetik quruluşda biri ilə evlənsə, yuxarıdakı uzun boy-qısa boy nümunəsində olduğu kimi ana və atanın qara gözlü olmalarına baxmayaraq uşaqlardan biri mavi gözlü ola bilər.

Bu vəziyyət Mendel qaydalarına uyğun olub mavi gözlü uşaqları olan qara gözlü ana və ataların panikaya düşmələrinə və ortada başqa bir səbəb axtarmaqlarına ehtiyac yoxdur.

Röya Rasimqızı,

“İki sahil”