09 noyabr 2026 22:48
158

Qarsda Zəfər yürüşü təşkil edilib

Qars şəhərində 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Zəfər yürüşü keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Qarsdakı Baş Konsulluğu və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə keçirilən yürüşdə çoxsaylı iştirakçılar bir araya gələrək Azərbaycanın Qarabağ Zəfərinin ildönümünü qeyd ediblər.

Qars valisi Ziya Polat və Qars Bələdiyyə sədri Ötüken Sengerin iştirakı və təşkilati dəstəyi ilə reallaşan tədbir Azərbaycan-Türkiyə qardaşlığının, ortaq tarix və milli həmrəyliyin nümayişi baxımından əhəmiyyət daşıyıb.

Zəfər yürüşü 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin yaddaşlarda yaşadılması, Azərbaycan həqiqətlərinin təbliği və Türkiyədə yaşayan soydaşlarımız arasında milli birlik ruhunun gücləndirilməsi məqsədinə xidmət edib.