06 avqust 2020 13:59
827

Qəbul imtahanında 30 qadın iştirak edib

Dövlət qulluğuna qəbul imtahanında 30 qadın iştirak edib

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 3-də keçirdiyi inzibati vəzifələrin A növünə aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak etmiş namizədlər haqqında statistik göstəriciləri açıqlayıb.

DİM-dən bildirilib ki, statistikaya əsasən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 97 namizəddən 30-u qadın olub. Onlardan 7 nəfəri lazım olan balı toplayıb.