Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar keçirilən “Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru” adlı konfransda deyib.
O bildirib ki, ötən il Azərbaycanda iqtisadi artım tempi 2,2 faiz yüksəlib. Qeyri-neft sektorunda artım tempi 2 dəfəyədək sürətlənərək 3,5 faizə çatıb. Ölkənin strateji valyuta ehtiyatları 52 milyard ABŞ dollarına çataraq ÜDM-in həcminin 90 faizini ötüb. Qeyri-neft ixracının həcmi isə 14 faizədək artaraq 2 milyard dollar təşkil edib.
Mikayıl Cabbarov: Azərbaycan maliyyə buferləri hesabına inkişaf kursunu qoruyub saxlayıb
Mikayıl Cabbarov: Kapital baxımından hədəfimiz tərəfdaşlarımızla riski bölüşməkdir
İqtisadiyyat naziri: Hədəfimiz bərpaolunan enerji potensialımızı ixraca çevirməkdir
Enerji keçidi fonunda ARDNF: Milli sərvətin qorunması və gələcəyə investisiya