28 iyun 2020 09:25
256

Qırğızıstan parlamentinin binası dezinfeksiya ediləcək

Qırğızıstanda ölkə parlamenti və prezident aparatının yerləşdiyi binada COVID-19 infeksiyası aşkarlandıqdan sonra dezinfeksiya üçün bağlanıb.

“Report”un məlumatına görə, bu barədə RİA “Novosti”yə koronavirusla mübarizə üzrə qərargahdan məlumat verilib.

Qeyd olunub ki, dezinfeksiya işləri iki gün aparılacaq.

Bundan əvvəl prezidentin mətbuat xidməti prezident aparatının 17 işçisində koronavirusun aşkarlandığını bildirmişdi. Həm də 10-a yaxın yoluxma hadisəsi parlamentin işçiləri və deputatlar arasında qeydə alınıb.

Eyni zamanda hökumət aparatının 26 işçisindən COVID-19 üçün götürlən test müsbət çıxıb.