27 iyun 2020 14:10
241

Qırğızıstanda koronavirusa yoluxanların sayı 4 513 nəfərə çatıb

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 309 nəfər yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Mademin Karatayev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 513 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 3 nəfər ölüb, 50 nəfər sağalıb, ölənlərin ümumi sayı 46 nəfər, sağalananların ümumi sayı isə 2 212 nəfərdir.