09 yanvar 2020 11:25
695

Qobustanda 4 otaqlı ev yanıb

Qobustan rayonunun Ərəbşalbaş kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

“İki sahil” FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.