Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
19 sentyabr 2020 18:28
592

Qoruyucu əlcəklər bizi nə dərəcədə qoruyur?

Belə adlandırılan “qoruyucu əlcəklər” bizi COVID-19 infeksiyasından nə dərəcədə qoruyur və onlara nə dərəcədə etibar etmək olar?

Belçikada yaşayan Azərbaycan mənşəli həkim Mövsüm Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində maraqlı faktlar göstərib. Onun sözlərinə görə, maskaların qismən də olsa səmərəliliyinə heç kəs şübhə etmir, amma maskalardan fərqli olaraq əlcəklərlə bağlı vəziyyət o qədər də sadə deyil.

Həkimlər və bütün tibb işçiləri öz işlərində həqiqətən birdəfəlik əlcəklərdən məcburi qaydada istifadə edirlər, lakin belə əlcəklər insanın əllərini yalnız ciddi çirklənmədən – məsələn qandan və digər bioloji mayelərdən qoruyur. Bakteriya və viruslardan müdafiəni isə belə əlcəklər yalnız çox qısa müddətdə təmin edir. Əlcəklər məsaməli materialdan hazırlandığına görə eyni əlcəkdən istifadə müddətindən asılı olaraq insan orqanizminə düşmüş patogen mikroorqanizmlərin sayı artır. Məhz bu səbəbdən, birdəfəlik əlcəkdən istifadə edildikdən sonra həkimlər əllərini yaxşıca yuyur və dezinfeksiya edirlər.

Həmsöhbətimiz xəbərdarlıq edib ki, belə əlcəklərdən istifadə yoluxma riskini hətta artıra bilər. Doktor Məmmədov deyib: “Birdəfəlik əlcək geyindikdə dəri çox sürətlə tərləməyə başlayır. İsti və rütubətli mühit isə bakteriya və virusların bütün növləri üçün ideal şəraitdir”.