25 sentyabr 2023 08:44
337

Qubada sex yanıb

Quba rayonunun Birinci Nügədi kəndində ümumi sahəsi 1600 m² olan taxta sexinin yanar konstruksiyaları 1000 m² sahədə yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.