Lerik rayon Heydər Əliyev Mərkəzində “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə dəyirmi masa keçirildi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəlimmədovanınn ,Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən natiqlər “15 İyun - Milli Qurtuluş Günü”nu Azərbaycan xalqının zəfər tarixində ən şərəfli səhifə olduğunu bildirdilər.
Həmçinin dəyirmi masanın təşkilində əsas məqsəd Müstəqil Azərbaycanın yaradıcısı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar-xalqın sosial rifahının yaxşılaşması, ölkəmizin dünyada rolunun möhkəmlənməsi, mədəniyyət, idman, incəsənət, elmin sürətli inkişafı, eləcə də onun tarixi qayıdışı hesabına ölkəmizi regionda ən güclü dövlətə çevrilməsi barədə məlumatları dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin diqqətinə çatdırmaqdan ibarət olub.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü