04 noyabr 2019 14:20
109

Rafael Nadal ATP-nin reytinqində liderliyi ələ alıb

Noyabrın 4-də Peşəkar Tennis Assosiasiyası (ATP) yeni reytinq siyahısını açıqlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, siyahıya 9 min 585 xalla ispaniyalı Rafael Nadal başçılıq edir. Serbiyalı Novak Cokoviç (8945) ikinci, isveçrəli Rojer Federer (6190) isə üçüncü yerdə qərarlaşıb.

Digər pillələrdə müvafiq olaraq, Danil Medvedev (Rusiya, 5705), Dominik Tim (Avstriya, 5025), Stefanos Tsisipas (Yunanıstan, 4000), Aleksandr Zverev (Almaniya, 2945), Matteo Barettini (İtaliya, 2670), Roberto Bautista-Aqut (İspaniya, 2540) və Qael Monfis (Fransa, 2530) yer alıblar.