07 oktyabr 2019 21:03
89

Ramzan Kadırova sui-qəsdə cəhd edilib?

Çeçenistan başçısının mətbuat katibi Alvi Karimov Ramzan Kadırova zəhərləyərək sui-qəsd etmək barədə gəzən söhbətləri şərh etməyəcəyini bəyan edib.

“Ölkə.Az” xəbər verir ki, “ura.ru”ya açılama verən A.Karimov şaiyələri şərh etmədiyini bildirib.

Bundan öncə telegram-kanal  Çeçenistanda Kadırıva qarşı zəhərlənmə yolu ilə ona qəsd edilmə cəhdi göstərilib. Guya Kadırova qarşı sui-qəsd planı  Arqun şəhərinin sabiq başçısı İbrahim Temirbayev DİN rəhbərinin birinci müavini Apti Alaudinov və Urus-Martanın başçısı Valid Abdureşidov tərəfindən hazırlanıb. “Telegram”ın məlumatına görə,  polis rəisi Apti Alaudinov  dindirilmək üçün saxlanılıb. İyun ayında Urus-Martanın başçısı Valid Abdureşidovla Apti Alaudinov arasında əlaqələr yaranıb. 

Son dövrlərdə Ramzan Kadırovun  səhhəti pisləşib, hətta bir neçə dəfə huşunu itirib.  Gəzən söz-söhbətə görə, Kadırov artıq çox danışa bilmir və ona görə də ciddi olmayan bütün  tədbirləri iş qrafikindən çıxarır.

Bir müddət öncə Çeçenistanın səhiyyə naziri  Elxan  Süleymanov da  Kadırovun səhhətində  ciddi problemlərin yayılması barədə xəbəri təkzib edib. Nazirin sözlərinə görə, Kadırova  fəsil dəyişməsi ilə bağlı soyuqdəymə olub.