Rəqqasə Aygünün şəxsi “Instagram” hesabında paylaşdığı video qalmaqala səbəb olub.
Rəqqasə açıq-saçıq libasda ağbirçək xanımın önündə oriental rəqs edib.
Daha sonra Aygün yaşlı qadını ayağa qaldırıb və oturacağın üstünə çıxaraq rəqsini davam etdirib.
“Nənə, ay nənə, Allah sənə ömür versin. Bu yaşınızda belə içinizdə həyat sevgisi var. Nə qədər gözəl insan olduğunuzu göstərdiniz. Çox gözəl xına keçdi. Nənə xüsusi rəng qatdı. Sevirəm də belə şirin-şəkər nənələri”, - rəqqasə paylaşıma rəy yazıb.
İzləyicilərin əksəriyyəti rəqqasənin açıq-saçıq geyimdə rəqs etməsini qeyri-etik və ağbirçək xanıma qarşı hörmətsizlik kimi qələmə veriblər.
Azfakt.com
Xankəndidə “Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni” mövzusunda elmi-praktik seminar keçirilib
İraqın “Uruk” qəzetində görkəmli alim Aida İmanquliyeva haqqında məqalə dərc edilib