12 noyabr 2019 16:01
158

Ronaldo cəzalandırıla bilər

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo iki illik cəzalandırıla bilər.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano məlumat verib. O deyib ki, portuqaliyalı hücumçu A seriyasının 12-ci turunda "Milan"la matçda əvəzləndikdən sonra birbaşa stadionu tərk etdiyi üçün bu cəzaya məruz qala bilər:

"Ronaldo oyun bitmədən stadiondan ayrıldı. Bu isə qadağandır. Çünki matçlardan sonra dopinq-testlər olur. Dopinq-testdən keçməməyin cəzası ilə 2 illik diskvalifikasiyadır. Yadımdadır ki, mən də "Latsio" ilə oyunda əvəzlənməyimə əsəbiləşmişdim və matçın sonunu gözləmədən evimə gedirdim. O zaman Kapello məni stadiona qaytardı. Çünki ağır cəzalandırıla bilərdim".