01 iyul 2020 12:04
950

Ronaldo: Eyni ruhda davam etmək lazımdır

 "Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 29-cu turunda "Cenoa"ya 3:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

“İki sahil” “Qol .az”a istinadən xəbər verir ki, bu barədə o, özünün "İnstaqram" hesabında yazıb: "Növbəti vacib üç xal! Eyni ruhda davam etmək lazımdır".

Qeyd edək ki, Turin klubu hazırda turnir cədvəlində 72 xalla liderdir.