20 mart 2026 15:51
174

Rövşən Nəcəfdən bayram paylaşımı

SOCAR-ın prezidenti Rövşən Nəcəf Novruz bayramı münasibətilə paylaşım edib. 

“İki sahil” xəbər verir ki, Rövşən Nəcəf paylaşımında qeyd edib:

"Milli-mənəvi dəyərlərimizi və zəngin adət-ənənələrimizi təcəssüm etdirən Novruz bayramı cəmiyyətdə birlik və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir.

Novruz bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizə xoşbəxtlik, firavanlıq və bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək!"