Rusiya Federasiyasında olan daha 250 Azərbaycan vətəndaşı ölkəyə gətirilib. “İki sahil” “Report”a istinadla xəbər veri ki, həmin şəxslər Samur sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçiblər. Ölkəyə gətirilən vətəndaşlar xüsusi yaradılmış düşərgədə karantinə alınacaqlar. Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür.
“Yeşil İğdır” qəzetinin baş redaktoru: Qarabağa hər səfərimdə yeni bir inkişaf görürəm
Şeyxülislam: Azərbaycan dini tolerantlıq və multikultural həyat tərzi baxımından dünya dövlətləri üçün örnəkdir – MÜSAHİBƏ