15 noyabr 2019 20:56
167

Rusiyalı nazir: Gələn il gündəlik neft tələbatı 1,4 milyon barrel artacaq

Rusiyanın Energetika Nazirliyi 2020-ci ildə qlobal neft tələbatının sutkada 1,4 milyon barrel artacağını ehtimal edir.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Energetika naziri Aleksandr Novak “Energetiçeskaya politika” jurnalında çıxan məqaləsində gələn il neftə olan gündəlik tələbatın 1,4 milyon barrel artacağını, cari ildə isə bu rəqəmin 1 milyon barrel təşkil etdiyini bildirib. Nazir qeyd edib ki, bu il neft tələbatı “ticarət müharibələri” fonunda azalıb. Lakin gələn il gündəlik tələbatın artacağı proqnozlaşdırılır.

A.Novakın fikrincə, qaza olan tələbat isə yaxın illərdə sürətlə, təxminən 5 faiz və daha çox artacaq.