23 mart 2020 21:09
2132

Sabahdan sərnişindaşıma fəaliyyəti dayandırılır

Sabahdan Azərbaycanda ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqda qərarında bildirilib.

Qeyd edək ki, Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.