13 fevral 2020 10:44
1968

Sağlamlığa zərərli oturuş ya normal sayılacaq vərdiş?

BU CÜR OTURMAQ  SAĞLAMLIĞA ZƏRƏRLİ İMİŞ...

Oturarkən ayağı ayağın üstünə atmaq tez-tez istifadə etdiyimiz vərdiş halına çevrilən hərəkətlərdən biridir. Bu mövqe zərif görünümlü və komfortludur, bəzən isə feminist bir duruş təəssüratı yaradır. Çoxumuz bunu avtomatik olaraq etsək də, bunun sağlamlığa ciddi zərərləri ola biləcəyini çox az adam bilir.Saatlarla müəyyən bir vəziyyətdə hərəkətsiz qalmaq, peroneal sinir iflici adlanan problemə səbəb ola bilər. 2010-cu ildə aparılan müxtəlif tədqiqatlar uzun müddət bu mövqedə oturarkən qan təzyiqinin artdığını ortaya qoydu. Qan təzyiqi probleminiz olmasa da, bu vəziyyətdə oturmamaq daha sağlam bir həyat sürməyə kömək edə bilər və yaranacaq dövriyyə problemlərinin qarşısını alar. Bunun səbəblərindən biri bir dizinizi digərinin üstünə qoyanda, ayaqlardan sinəyə qan axını və nəticə olaraq buna görə ürəkdən daha çox sayda qan pompalanmasıdır. Hollandiyada aparılan təcrübədə bu fikirləri təsdiqləyən nəticələr əldə edilib.

Ayağı ayağın üstünə atmaq varikoza səbəb ola bilərmi? Məsələ varikoz damarlarına gəldikdə,əlbəttə ki, ən təsirli amil genlərdir.Lakin qan damarlarındakı kiçik klapanlar qanın yanlış istiqamətə axmasına mane olur. Ancaq damarlar gərilib zəiflədikdə qan yığılması və damar genişlənməsi nəticəsində varikoz damarları meydana gəlmə ehtimalı yaranır.

Nəhayət, aparılan bəzi araşdırmaların nəticələrinə görə, gündə üç saatdan çox çarpaz ayaqda oturmaq onurğa və boyun ağrıları, həmçinin  duruş problemi kimi narahatlıqlar yarada bilər.

Samirə İsmayılova, “İki sahil”