25 avqust 2020 19:38
3320

Sahibsiz heyvanlara kömək etməyin 5 yolu

Küçələrdə yaşayan kiçik dostlarımız tez-tez bir çox məsələdə köməyə ehtiyac duyurlar. Həyatlarını küçələrdə keçirmək məcburiyyətində qaldıqları üçün bəzən bir qurtum su, yemək yeməyə və yatmağa yer tapa bilmirlər. Bizim vəzifəmiz böyüyən və izdihamlı şəhərlərimizdə və həyatımızda küçələrdə kimsəsiz və baxımsız heyvanların yanında olmaq və onlara kömək etməkdir.

Onları sığınacağa aparın

Bir çox heyvan həyatını könülsüz olaraq küçədə keçirir. Şəhərin müxtəlif yerlərindəki çoxsaylı dostlar, xüsusilə pişiklər və köpəklər küçənin bütün çətinlikləri ilə mübarizə aparmalı olurlar. Buna görə, küçələrdə qalan evsiz heyvanı tapdığımız zaman, ən yaxın sığınacağa aparıb daha yaxşı şəraitdə yaşamasına könək etmiş olarsınız.

Kiçik dostlarımıza bir ev verin

Heyvanların ən çox ehtiyac duyduğu şeylərdən biri yemək və sudur. Ancaq bundan öncə isə istədikləri bir damdır. Onlara sığınacaq və qışda soyuq və şaxtalı günlərdə, yayda isti və quru günlərdə daha rahat ola biləcəkləri bir olan verə bilərsiniz. Yaşayış yeriniz varsa, öz evinizdə ,əks halda internet saytları vasitəsi ilə onlara sahiblənəcək insanlar tapa bilərsiniz.

Müvafiq qurumlara kömək edin

Bir çox ictimai qurumlar, xüsusən bələdiyyələr və fərdi şəkildə xidmət göstərən qeyri-hökumət təşkilatları sahibsiz, küçə yaşayan heyvanlara kömək edir. Boş vaxtlarında xüsusi təşkil olunmuş tədbirlərdə iştirak etməklə bu təşkilatlara maddi kömək etməklə kiçik dostlarımıza dəstək ola bilərsiniz.

Onları sevin və mehribanlıqla davranın

Bir çox heyvanlar şəhərdəki sıxlıq səbəbindən hər şeydən qorxurlar. Onların üzərinə gələn nəqliyyat vasitələri, onlara qarşı pis rəftar edən insanlar... Bu sahibsiz heyvanların ən az su və yemək qədər sevgi və məhəbbətə ehtiyacları var.Onları hər dəfə gördüyünüz zaman sevginizi göstərə, ən azından yaxşı davrana bilərsiniz.

Uşaqlarınıza heyvanlara sevgi öyrədin

Biz-bütün canlılar heyvanlar, bitkilər və hamımız yer üzündə birlikdə yaşayırıq. Bu reallığı uşaqlarınıza erkən yaşlarından aşılamaqla, böyüdükdə yaxşı heyvansevər bir fərd olmalarını təmin edə bilərsiniz. Sahibsiz dostlarımız üçün yaxşı bir gələcək hazırlamaq üçün mühüm bir addım ata bilərsiniz.

Samirə İsmayılova, “İki sahil”