22 iyul 2019 16:19
2082

Saqqızı neçə dəqiqə çeynəmək olar?

Saqqız həqiqətən ağız boşluğunu bakteriyalardan təmizləməyə kömək edir.

Hollandiya alimləri saqqızın ağız boşluğunda yaşayan bakteriayalara təsirini araşdırmaq üçün xüsusi eksperiment aparıblar.

Eksperiment zamanı mütəxəssislər aşkar ediblər ki, ilk 30 saniyə ərzində saqqız ağız boşluğunu milyonlarla bakteriayadan təmizləyir və bunu hətta diş fırçasından da yaxşı edir.

Lakin yarım dəqiqədən sonra saqqızı atmaq lazımdır ki, bu müddətdən sonra saqqıza yapışmış bakteriyalar yenidən ağız boşluğuna qayıdır.

Röya Rasimqızı, "İki sahil"