25 yanvar 2020 17:40
1442

Sarqan boğazına saplandı - FOTO

İndoneziyada qəribə hadisə baş verib.

“İki sahil” xəbər verir ki, sarqan balığı dənizdən sıçrayaraq 16 yaşlı yeniyetmə balıqçının boğazına keçib.

Balıq boğazında qaldığı halda yaşayan Məhəmməd İdul adlı balıqçının fotoları onu dünyada məşhur edib.

O hadisə ilə bağlı deyib ki, 500 metr məsafəni boğazında 75 sm uzunluğunda baqlıqla birgə üzərək sahilə çıxan İdulu atası Saharuddin xəstəxanaya çatdırıb.

Çatdırılılan ilk xəstəxanada həkimlər balığın yarısını kəssələr də avadanlıq çatışmamazlığı ilə əlaqədar balığın ağzı İdulun boğazında qalıb.

İndoneziyanın Cənubi Sulavesi əyalətinin paytaxtı Makasar şəhərində yerləşən xəstəxanaya aparılan yeniyetmənin boğazından balığın ağzını çıxarmaq üçün 5 həkimin həyata keçirdiyi əməliyyat 1 saat davam edib.