27 noyabr 2020 18:41
1384

Seçdiyi rəng sahibi haqqında nələr danışa bilər?

QARA

Həmişə maraqlı, zərif, ağıllı, güclü müşahidə qabiliyyəti və uzaqgörən olan belə qadınlar arasında tənhalara daha tez -tez rast gəlmək olar. Amma nədənsə  kişilərin əksəriyyəti “qara” geyimli qadınlardan ilan kimi qorxurlar, intuitiv olaraq onun aqressivliyini, liderliyə meyilliliyini və daxilən ziddiyyətli olmasını hiss edirlər. Buna baxmayaraq, bu tip  qadınlar  kimisə sevsə, onunla dünyanın o biri başına da gedə bilər.

 Ağ

Adətən  bu rəngə üstünlük verən qadınlar ciddi və xırdaçı olurlar, onlar hər şeydə, münasibətlərdən tutmuş mətbəx stoluna qədər, təmizliyi və qayda-qanunu sevirlər. Buna baxmayaraq, həmçinin şəndirlər, romantik macəralara tez uyurlar.Bu rəngi sevən xanımların  daha bir maraqlı keyfiyyəti həddən artıq hissetmə qabiliyyətinə malik olmalarıdır. Onlar yalanı tez duyur və dərhal soyuq, lakin nəzakətli münasibətləri ilə tərəfdaşlarını özlərindən uzaqlaşdırırlar. Odur ki, belə qadınlara xəyanət etməyi ağlınıza belə gətirməyin, onsuz da üstü açılacaq.

Qırmızı 

Hamımız çox yaxşı bilirik ki, qırmızı rəng ehtiras rəmzi kimi sayılır. Bu rəngə üstünlük verən xanımlar  çox fəal qadınlardır.Bu tip xanımların  enerjisi aşıb-daşır, həmişə diqqət mərkəzindədirlər. Cəmiyyətdə seçilirlər, çox maraqlı və şən insanlardır. Lakin əgər siz sakit təbiətli, təmkinli adamsınızsa, onda bu tip xanımlardan  tez usana bilərsiniz. Lakin bir şeyi yadda saxlayin ki, qırmızı rəngə üstünlük verən xanımlar sakitlikdən tez bezəndir. Kişinin əlində kitab divanda uzanması onun üçün ölümə bərabərdir. Əgər belə qadının sizi atıb getməsini istəmirsinizsə, ona etibarlı dost olun.

Sarı rəng

 Bu rəngə üstünlük verən qadınlar adətən çox şıltaqdırlar və onların  çoxlu kişi dostları var.  Nə qədər ki, siz bir dost, yaxud ər kimi belə tip xanımları  təmin edirsiniz, xoşxasiyyət və qayğıkeşdirlər. Lakin şıltaq olmaqlarına baxmayaraq, sevdiklərinə  heç vaxt xəyanət etmir və bunu ləyaqətsizlik sayırlar. Onlar daha çox mühafizəkardırlar. Bu da onlara yaxşı həyat yoldaşı olmağa imkan verir.

 Yaşıl 

 Deyilənlərə görə yaşıl rəngə üstünlük verən qadınlar bir ideal kimi qəbul oluna bilər. Bu tip xanımlar adətən sabit, təsərrüfatçı, gülərüz və qayğıkeşdirlər.Onlar çox nadir hallarda səsini qaldırırlar. Lakin bu tip xanımlar da  qüsursuz sayılmaz. Onların mənfi tərəfi odur ki, özünə inanmayaraq,hər zaman etdikləri işdən narazı qalırlar. Buna görə də kənarda macəra axtarmağa meyillidirlər. Bu tip xanımların özünü ən sevilən və arzulanan qadın kimi hiss etməsi çox vacibdir. Yaşıl rəngə üstünlük verən xanımlar  diqqətsizliyə, laqeydliyə dözə bilmir.

 Göy

Bu rəngin pərəstişkarları adətən təmkinli, xeyirxah olur və  insanları yaxşı başa düşürlər. Ancaq nədənsə onlar  davakar, özündən razı və soyuq görünürlər. Əslində bu, arxasında həssas, tez inciyən və romantik ruhlu bir insanın maskasından başqa bir şey deyil. Bu xanımlar ləyaqətsizliyi, mərhəmətsizliyi heç kimə  bağışlamırlar.

Narıncı

Narıncı rəng sevən xanımlar dəyişkən xarakterlidirlər. Onlar  enerjili, ünsiyyətcil və işgüzardılar, lakin  münasibətlərdə ciddi sayılmazlar. Bu tip xanımlarla asanlıqla yola getmək olar, onlar şən və maraqlıdırlar, köhnə fikirlərlə hesablaşmırlar. Tez-tez əyləncələrini və tərəf müqabillərini dəyişməyi sevirlər. Belə qadınla ömür-gün yoldaşı olmaq istəyirsinizsə, onun həyatını maraqlı edin.

Bənövşəyi 

 Bu rəngi sevən xanımlar çox şıltaq olurlar. Onlar həqiqətən qeyri-adi gözəl olsalar da, adətən ailəyə diqqət yetirmirlər. Bu tip qadınlar üçün karyera mətbəxdə xörək bişirməkdən vacibdir. Onlar adi münasibətlər üçün yaranmayıb. Hər kişi belə qadına davam gətirməz. Bu xanımlar həyata heç bitməyən bir əyləncə kimi baxırlar və belə xanımım yanında olan adam onun istəklərini hər zaman dəstəkləməlidir.

Samirə Tağıyeva,

“İki sahil”