12 yanvar 2020 14:55
1020

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan məlumatları münasibət bildirib

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə 1 saylı Ruhi-Əsəb Dispanserində baş vermiş hadisə ilə bağlı yayılan məlumatları münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, sosial şəbəkələrdə yayılan video görüntü 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib.

“Videogörüntünü xəstəxanaya yoxlanışa yaxud, xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır”.