13 may 2019 13:34
795

Səhiyyə Nazirliyinin məsul şəxsləri vətəndaşları qəbul edəcəklər

Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri tibb müəssisələrində vətəndaşların qəbulunu davam etdirir.

Nazirlikdən "İki sahil"ə bildirilib ki, yerlərdə vətəndaşların şikayət, təklif və problemlərinin öyrənilməsi məqsədilə 17.05.2019-cu il tarixində səhiyyə nazirinin müavini Elsevər Ağayev Şamaxı Mərkəzi Rayon Xəstəxanasında Şamaxı və Qobustan sakinlərini, səhiyyə nazirinin müavini Rahim Əliyev isə  Göyçay Mərkəzi Rayon xəstəxanasında sakinləri qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Şamaxı və Göyçay MRX-da qeydiyyatdan keçməlidirlər.