03 iyul 2020 17:55
1959

Sərt karantin günlərində taksi xidmətləri fəaliyyət göstərəcək

Sərt karantin günlərində taksi xidmətləri fəaliyyət göstərəcək. “İki sahil” xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O, bildirib ki, sərt karantin günlərində fəaliyyətinə icazə verilən müəssisələr əməkdaşlarının işə gedib-gəlməsi üçün müəssisənin nəqliyyat vasitəsi , fərdi nəqliyyat vasitəsi və ya taksi xidməti ilə təmin etməlidir.