İtaliyanın "Milan" klubu qış transfer dönəmində heyətini gücləndirib.
Milan təmsilçisi İspaniya "Sevilya"sının müdafiəçisi Simon Kyaeri icarəyə götürüb.
Mövsümün birinci yarısını İtaliyanın digər klubu "Atalanta"da keçirən 30 yaşlı danimarkalı futbolçu bu ilin iyun ayına qədər "Milan"da çıxış edəcək.
Qeyd edək ki, karyerası ərzində "Palermo", "Volfsburq", "Roma", "Lill" və "Fənərbaxça" kimi klublarda oynayan Danimarka millisinin üzvü 2017-ci ildə "Sevilya"ya transfer olunub.
"Report"
Rövşən Nəcəf Canni İnfantinonu FIFA prezidenti seçilməsinin 10 illiyi münasibətilə təbrik edib - VİDEO
Kişilər arasında Dinamik Piramida üzrə Ölkə Çempionatının möhtəşəm finalı keçirildi
Azərbaycan yığması Avropa çempionatının 2-ci təsnifat mərhələsində iştirak edəcək