17 mart 2020 16:26
4058

Şevval Şahindən Mayami pozaları - FOTO

İngiltərədə tanış olduğu pakistanlı sevgilisi Syed Amir Ali Kirmanidən ötən ilin sentyabr ayında ayrıldıqdan sonra yeni bir eşq yaşadığı danışılan “2018 Türkiyə gözəli” Şevval Şahin paylaşdığı fotoları ilə sosial medianı silkələdi.

“İki sahil” xəbər verir ki, Acun İlıcalının prodüseri olduğu “Survivor” yarışması ilə məşhur olan proqram mühəndisi Yiğit Marcus Aralla eşq yaşadığı iddia edilən Şevval Şahin  Mayamidə dəniz və günəşdən həzz alır.

Sevgilisi ilə Amerikada tətildə olan 21 yaşlı gözəl “İnstagram” hesabından paylaşdığı çimərlik geyimli fotoları ilə diqqət çəkib.

“2018 Türkiyə gözəli” formada olan görüntüsü ilə təqibçilərini heyrətləndirib.

Yiğit Marcus Aral Şevval Şahinin videosunu “İnstagram”da  paylaşdıqdan sonra sürpriz sevgisi ortaya çıxıb.