09 fevral 2020 11:09
569

Şimal regionunda 5600-ə yaxın yerli və xarici müşahidəçi seçkiləri izləyir

Azərbaycanın şimal bölgəsinin 5 rayonunda 6 seçki dairəsi üzrə 366 seçki məntəqədə keçirilən seçkiləri izləmək üçün 5 min 583 yerli və xarici müşahidəçi qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 51 saylı Qusar seçki dairəsinin 63 məntəqəsinin 10-da veb-kamera quraşdırılıb. Bu dairə üzrə qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 979 nəfərdir.

52 saylı Quba seçki dairəsində mövcud 72 məntəqədə keçirilən seçkiləri izləmək üçün 1400 müşahidəçi qeydiyyatdan keçib. Bu dairə üzrə 10 məntəqədə veb-kamera quraşdırılıb.

53 saylı Quba-Qusar seçki dairəsində isə 950 nəfər müşahidəçi 76 məntəqədə seçki prosesini izləyəcək. Dairə üzrə quraşdırılan 10 veb-kamera vasitəsilə istənilən yerdən müşahidə aparmaq imkanı yaradılıb.

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 10-da veb-kamera quraşdırılıb və 950 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.

55 saylı Xaçmaz şəhər seçki dairəsində qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 584 nəfərdir. Bu dairə ərazisində 12 məntəqədə veb-kamera var.

56 saylı Xaçmaz kənd seçki dairəsində isə 44 məntəqə üzrə 720 müşahidəçinin qeydiyyata alınıb və 10 məntəqədə veb-kamera quraşdırılıb.

Şimal regionunda 6 deputat yerinə 76 namizəd mübarizə aparır.