11 oktyabr 2019 20:59
1371

Şimpanzenin çəkdiyi rəsmlər sərgilənəcək

Londondakı "The Mayor Gallery" qalereyasında Konqo adlı şimpanze tərəfindən çəkilmiş rəsmlərin satış sərgisi keçiriləcək.

Qalereyada dəyəri 1800-7400 dollar məbləğində qiymətləndirilən 55 rəsm nümayiş etdiriləcək. Onlar rəssam-zooloq Desmond Morrisə məxsusdur. Məhz o, 1956-cı ildə meymunların bədii qabiliyyətlərini tədqiq edərək Konqoya qələm tutmaq öyrətmişdi.

Şimpanze üç il ərzində 400-dən çox rəsm çəkib. Pablo Pikasso, Xuan Miro və Salvador Dali kimi rəssamlar onların bəzilərini öz kolleksiyaları üçün alıb. Konqo 1964-cü ildə vərəm xəstəliyindən ölüb.

2005-ci ildə şimpanzenin rəsmləri "Bonham's" hərracında Uorhol və Renuarın əsərlərindən baha qiymətə - 25 min dollara satılmışdı.