22 may 2020 10:37
1986

Şirniyyat hazırlayarkən şəkər əvəzinə istifadə edə biləcəyimiz 6 qida

Paketləşdirilmiş şəkərin bədənimiz üçün nə qədər təhlükəli olduğunu bilmirik. Piylənmə riskindən tutmuş yorğunluq hissinə qədər bədənimizdəki bir çox mənfi cəhətlərin əsas səbəblərindən biri olan şəkər təəssüf ki, istehlak etdiyimiz çox sayda hazır qidalarda var. Buna görə qablaşdırılmış şəkər olmayan qidaları tapmaq olduqca çətin olur.

Şirniyyatların əvəzolunmaz tərkib hissəsi hesab olunan saflaşdırılan şəkər, düşündüyünüz qədər əvəzedilməz deyil. Qablaşdırılmış şəkər əvəzinə istifadə edə biləcəyiniz təbii qidalarla bu boşluğu növbəti səviyyəyə qaldıra bilərsiniz. Desertlərinizdə şəkər əvəzinə istifadə edə biləcəyiniz qidaları sizə təqdim edirik.

Bal

Bal həm desertlər, həm yeməklər, həm də içkilər üçün əvəzolunmaz dadlandırıcıdır. Təbii bir antibiotik və antiseptik olan bal bədəninizi qoruyub, gücləndirməklə yanaşı, sizə lazım olan enerjini verir. Şirniyyatlarınızda şəkər əvəzinə bal istifadə etmək istəyirsinizsə, istifadə edəcəyiniz balın təbii olduğuna diqqət etməlisiniz. Bundan əlavə balın qızdırılmadan istifadə olduğunu unutmamalısınız. Buna görə yoqurtlu soyuq desertlər bal istifadə etmək üçün ən ideal desert növüdür.

Xurma

Xurma zülal, vitamin və mineral baxımından çox zəngin bir qidadır və bunun 80 faizi təbii şəkərdən ibarətdir. Şirniyyatlarınızda istifadə etmək üçün bir xurmanı isti suda isladaraq yumşalda bilər, daha sonra qarışdırıcıdan (blenderdən) keçirərək məcun halına gətirə bilərsiniz. Məcun halına gətirdiyiniz xurmadan tortlarda, smuzi və hətta qranola barlarda istifadə edə bilərsiniz.

Ağcaqayın şərbəti

Ağcaqayın şərbəti hələ geniş yayılmamasına baxmayaraq onu böyük supermarketlərdə tapmaq mümkündür. Dərini bərpa edən və sümükləri gücləndirən bu möcüzəvi yemək də immunitet sisteminizi gücləndirir və xəstəliklərdən qoruyur. Manqan və antioksidantların yaxşı bir mənbəyi olan ağcaqayın şərbəti çox faydalıdır. Çünki həm maye halda olduğuna görə praktik, həm də istiliyə davamlıdır. Tort, şirniyyat, pankek və içkilərinizdə ağcaqayın şərbətini rahatlıqla istifadə edə bilərsiniz.

Keçi buynuzu bəhməzi

Karob meyvəsindən istehsal olunan keçi buynuzu ekstraktının faydaları saymaqla bitmir. Çox yüksək vitamin və mineral dəyəri olan keçi buynuzu ekstraktını alarkən soyuq kompressiyaya diqqət etməlisiniz. İstiyə davamlı olan karob ekstraktını kekslərinizdə, peçenye və pastalarınızda istifadə edərək orqanizminizə yaxşılıq edə bilərsiniz.

Bəhməz

Karob ekstraktı kimi faydaları saymaqla bitməyən daha bir qida bəhməzdir. O, yalnız immunitet sisteminizi gücləndirmir, həm də lazım olan enerjini təmin edir və həzm problemlərinizi də rahatlaşdırır. İstiliyə qarşı müqaviməti sayəsində şəkər əvəzinə bir çox desert reseptində istifadə edə biləcəyiniz bəhməzlər maye olduğu üçün çox praktik istifadəyə malikdir.

Ərik qurusu

Çərəzlərinizdə şəkər əvəzinə quru ərik istifadə etmək istəyirsinizsə, quru ərikləri xurmada olduğu kimi, isti suya qoyub blenderdən keçirərək məcun halına gətirin. Bütün şirniyyatlarınızda ləzzətli olduğu qədər faydalı olan quru əriklərdən istifadə edə bilərsiniz. Həzm problemlərinizi yüngülləşdirən və enerji verən bu qida qoz-fındıq əlavə edəcəyiniz desertlərinizin əvəzolunmazı olacaqdır.

Samirə İsmayılova, “İki sahil”