29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər güşəsi Şuşada Ramazan bayramı namazı qılınır.
"İki sahil"in məlumatına görə, Bakı Media Mərkəzi Qarabağın mirvarisı Şuşada baş tutacaq İslam aləminin Müqəddəs ayı ilə bağlı bayram namazının çəkilişini və canlı yayımını həyata keçirir.
***
İşğaldan azad olunmuş Şuşa şəhərində 29 ildən sonra ilk dəfə qılınan Ramazan bayramı namazı başa çatıb.
"İki sahil" xəbər verir ki, bayram namazı Yuxarı Gövhərağa məscidində QMİ sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb.
Bayram namazından sonra Hacı Şahin Həsənli xütbə söyləyib və dualar oxunub.