İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxılıb və onlara əlavə kredit limitlərinin ayrılması təmin edilib. Müvəkkil kredit təşkilatları üçün müəyyən edilən kreditlər əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, heyvandarlığın, quşçuluğun, intensiv bağçılığın, istixana komplekslərinin inkişafına, sənaye məhsullarının istehsalı sahələrinin, soyuducu anbar kompleksinin yaradılmasına və sair yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılmasına və yeni iş yerlərinin açılmasına əhəmiyyətli töhfə verəcək.
Müşahidə Şurasının iclasında fondun fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsi aparılıb və müvafiq qərarlar qəbul olunub.
Neftçala rayonunda yerləşən əmlak kompleksi kimi müəssisənin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub
Fermer 6,8 manat ödəyir, məhsulunu çoxsaylı risklərdən qoruyur – Günəbaxan sığortası