Sızanaq izlərindən canını tez qurtarmaq istəyənlər üzdəki izlərə dolğu etdirərək qısa müddət ərzində bu problemdən xilas ola bilərlər. Tez-tez seçilən bu üsulla, dəridəki sızanaq izləri kollagen və hiyaluron turşusu vasitəsilə bərpa oluna bilər.
Sızanaq izləri lazer müalicəsi ilə də bərpa oluna bilər. Digər müalicə metodlarından daha bahalı olan bu prosedur sızanaq izlərinin müalicəsi üçün ən effektiv üsuldur. Bu üsul zədələnmiş dərini soyub dərinin üst qatını lazer ilə yandıraraq gənc, qüsursuz dəri yaratmaq məqsədi daşıyır. Yeni dərinin formalaşması bir neçə həftə çəkə bilər, lakin sızanaq izləri üçün qəti həlldir.
Sızanaq izləri üçün xüsusi maska
Təbii vasitələr axtaranlar üçün mükəmməl bir müalicə reseptidir. Bunun üçün 1 çay qaşığı darçın, 1 yumurtanın ağı, 1 çay qaşığı bal, 1 çay qaşığı limonu yaxşıca qarışdırıb krem halına gətirin. Bu qarışıq dəri yaxşıca təmizləndikdən sonra tətbiq olunur. Təxminən 15 dəqiqədən sonra üzünüzü isti su ilə yuyun. Bu maskadan sonra üzünüzdə yanma hiss edə bilərsiniz. Bu, tamamilə təbiidir və qısa müddətdə keçəcək.
Röya Rasimqızı, “İki sahil”