Cənab Prezident, Sizi daim xalqın yanında görmək bizi fərəhləndirir.
Bunu Füzuli rayonunun 4-cü Zobucuq qəsəbəsinin sakini, şəhid ailəsinin üzvü Səadət Hüseynova Prezident İlham Əliyevə ünvanladığı məktubda deyir.
O məktubunda yazır:
“Möhtərəm cənab Prezident, koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri Azərbaycan vətəndaşı, eyni zamanda, bir mədəniyyət işçisi olaraq məni ürəkdən sevindirir. Sizi daim xalqın yanında görmək bizi fərəhləndirir. Bu təhlükəli virusun respublikamızda yayılmaması üçün gördüyünüz işlər olduqca təqdirəlayiqdir. Siz karantin rejimi dövründə mədəniyyət işçilərinə diqqət və qayğınızı əsirgəmədiniz. Karantin müddətində əməkhaqlarımız saxlanılmaqla növbədənkənar məzuniyyətə buraxılmağımız buna ən gözəl nümunədir. Füzuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi bütün sahələrdə olduğu kimi, pandemiyanın qarşısının alınması üçün verdiyiniz qərar və göstərişləri də dəstəkləyir, bu mübarizədə daim Sizin yanınızdadır.
Möhtərəm cənab Prezident, şəhid ailəsinin üzvü olaraq bu çətin günlərdə xalqımıza, o cümlədən biz mədəniyyət işçilərinə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm”.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub
Bakı Türk dünyasının gələcək əməkdaşlıq modelinin formalaşdığı mühüm siyasi mərkəzdir - EKSPERT
Türk Dövlətləri Təşkilatı müasir geosiyasətdə: Azərbaycanın liderliyi və Türk dünyasının artan qlobal rolu
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO