Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”nin Maliyyə və investisiya əlaqələri şöbəsinə yeni müdir təyin edilib.
“SOCAR Turkey”dən “Report”a verilən məlumata görə, bu vəzifəyə Mehmet Sezgin gətirilib.
Boğaziçi Universitetinin məzunu olan M.Sezgin bu sahədə 20 ilə qədər təcrübəyə malikdir. O həmçinin Fransada biznes idarəçiliyi üzrə magistr dərəcəsi (Master of Business Administration – MBA) alıb.
Xatırladaq ki, SOCAR Türkiyədəki törəməsi vasitəsi ilə “Petlim”, “Petkim”, STAR neft emalı zavodu və Trans-Anadolu Boru Kəməri (TANAP) layihələrinə, ümumilikdə, 14,2 milyard ABŞ dolları investisiya yatırıb.
SOCAR hava şəraiti ilə bağlı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib
SOCAR "Uzbekneftegaz"la süni intellektin tətbiqi sahəsində Anlaşma Memorandumunu imzalayıb
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub