14 yanvar 2021 16:54
237

Son 10 ilin ən yaxşı qapıçıları

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası son 10 ilin ən yaxşı qapıçılarının siyahısını açıqlayıb.

“İki sahil” xəbər verir ki, siyahıda 2011-2020-ci illərdə ən çox səs toplayan qolkiperlər yer alıb.

Yaxşı qapıçı Manuel Noyer olub. Almaniya millisinin və "Bavariya"nın üzvü 183 xal toplayıb. İkinci pilləni Canluici Buffon tutur. "Yuventus"un italyan qapıçısının aktivində 148 xal var. İlk "üçlüy"ü Tibo Kurtua qapayır. Belçika millisinin və "Real"ın qapıçısı 130 xal toplaya bilib.

İlk "onluq”da həmçinin Uqo Loris (Tottenhem - Fransa), Keylor Navas (PSJ - Kosta-Rika), Yan Oblak (Atletiko - Sloveniya), Petr Çex (Çelsi - Çexiya), Mark-Andre Ter-Şteqen (Barselona - Almaniya), David de Xea (Mançester Yunayted - İspaniya), İker Kasilyas (karyerasını bitirib - İspaniya). Onlar 100 xaldan az toplayıb.